
Tanınmış vəkil Bəhruz Bayramov yeni ədliyyə ədliyyə naziri Fərid Əhmədova Penitensiar Xidmətin Müalicə Müəssisəsində üzləşdiyi durumla bağlı şikayət edib.
Gununsesi.info-nun xəbərinə görə, vəkil adıçəkilən müəssisədə müvəkilləri ilə görüşünə qanunsuz qadağa qoyulmasından narazılıq edib:
“Cənab nazir Müalicə Müəssisəsində baş verən özbaşınalıqlardan xəbərdarsınızmı” deyə yazan vəkil daha sonra əlavə edib:
Bugün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunan müvəkkillərimlə görüşmək üçün oraya getmişdim.
Qanunvericilikdə tələb olunmasa da Penitensiar Xidmətdə həmin şəxslərlə görüş ücün məktub almışam.
Buna baxmayaraq Müalicə Müəssisəsinin rəhbərliyi hüquqlarını mudafiə etdiyim şəxslərlə görüşməyimə süni əngəllər yaradır. Belə ki, bu gün hüquqlarını müdafiə etdiyim şəxslərlə görüş ücün getsəm də müəssisənin əməkdaşları yalnız “hər gün bir şəxslə görüşə bilərəm” deyə məntiqsiz söhbət etdilər. Digər şəxslərlə görüş ücün sabah və birisi gün gəlməliyəm. Mən bunun qanunsuz olduğunu və hansı normativ hüquqi aktla əsaslandığını soruşsam da cavab verməkdən imtina etdilər.
Cənab Nazir, bu hadisə Müalicə Müəssisəsində baş verən birinci qanunsuzluq deyil. 30 dekabr 2023-cü il tarixdə huquqların müdafiə etdiyim şəxslə görüş üçün həmin müəssisəyə getmişdim.
Əməkdaşlar bildirdilər ki, şənbə günü olduğundan görüş mümkün deyil. Təsəvvür edin ki, həmin günün iş günü olduğunu və bu barədə Nazirlər Kabinetinin qərarını xatırlatdım.
Müalicə Müəssisəsi rəhbərliyi bu cür qanunsuzluqlar etməkdənsə, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərindən nəticə çıxarsın.
Sanki, Müalicə Müəssisəsinin dövlətə hec bir aidiyyatı yoxdur və şəxsi mülkiyyətlərində olan müəssisə kimi idarə edirlər.
Cənab Nazir, Müalicə Müəssisəsində baş verən süründürməçilik, qanunsuzluqlar tədbir görməynizi xahiş edirəm.
Vəkil Bəhruz Bayramov