Tanınmış vəkil deputatlığa namizəd oldu

  • By admin
  • 13 Dekabr 2019 12:06

Tanınmış vəkil Cavad Cavadov da deputatlığa namizədliyini irəli sürür.

Gununsesi.org xəbər verir ki, Cavad Cavadov namizədliyinin irəli sürülməsilə bağlı sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

O, namizədliyini 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən irəli sürəcəyini açıqlayıb.

Qeyd edək ki, həmin dairədən ictimai fəal Bəxtiyar Hacıyev də namizəd olacağını bəyan edib.

Gununsesi.org