Tanınmış vəkil: “Qaçqınkom” məcburi köçkünlərlə bərabər, Qərbi Azərbaycan qaçqınlarını da məskunlaşdırmalıdır

  • By admin
  • 28 Noyabr 2020 18:49

“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”.

Gununsesi.org xəbər verir ki, bu sözləri tanınmış vəkil Ceyhun Yusifov özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki,  tarixdən yenə də dərs götürməsək “murdarlar”ı 10 il sonra yeni iddiaları ilə rastlaşacağıq:

“Lakin 1988-1990 ci illərdə biz Qərbi Azərbaycan qaçqınlarını o zamanki hakimiyyət Qarabağda məskunlaşdırsaydı, indi nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpaq işgal olardı. Əzizlərim, yenə gec deyil. Toplu ve Etnos halda gecikmədən “Qaçqınkom” paralel olaraq məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycan kökənli qaçqınların da məskunlaşmasını həyata keçirməlidir.Bu hal hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə ali komisarlığının normativlərinə tam uygundur”.

Gununsesi.org