Tanınmış vəkil vəfat etdi

  • By admin
  • 08 Fevral 2022 17:06

Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müdiri Eleonora Rəcəbova vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Cabbar Bayramov feysbuk səhifəsində yazıb.

E. Rəcəbova bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəcəbova Eleonora Viktorovna 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib. O, 2018-ci ildə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.

E.Rəcəbova Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbovun nənəsidir.

Gununsesi.info