Tanınmış vəkildən REAL-a ironiya - Erkin Qədirli niyə parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etməyib?

  • By admin
  • 27 Mart 2023 12:08
REAL Partiyasının funksioneri Natiq Cəfərlinin sosial şəbəkə hesabında Qarabağ ətrafında yaranmış duruma dair yazdığı fikirlər tanınmış hüquqşünas Fuad Ağayevin ironiyasına səbəb olub.
Qeyd edək ki, Natiq Cəfərli “Rusiyaya, Ermənistana, Dünyaya açıq və net demək lazımdır ki, əgər gizli bir işiniz yoxdursa, Laçın yolundan ancaq dinc əhali gedib-gəlirsə, ərzaq və digər ləvazimat daşınırsa, nədən Azərbaycan öz sərhədində buraxılış, nəzarət məntəqisi qura bilməz?! Bunun nə ziyanı ola bilər ki?! Yox əgər siz o yolla silah-sursat daşıdığınıza, terrorçuları silahlandırmaq üçün istifadə edirsinizsə, o zaman bizim də təhlükəsizliklə bağlı addımlar atmağa haqqımız-hüququmuz var.
Lavrovun, Rusiyanın, Ermənistanın həyasızcasına, “10 noyabr sazişində bu nəzərdə tutulmayıb”, demələri boş sözdür – yoxdur, lap yaxşı, olmayan nə varsa Azərbaycan qanunları ilə tənzimlənir!
Ölkə 10 noyabr sazişi ilə deyil də, Azərbaycan konstitusiyası ilə idarə olunmalıdı, sərhəd məsələsi məhz Ana Yasada təsbit olunub tənzimlənir” deyə qeyd paylaşıb.
Ona cavab olaraq, Fuad Ağayev isə “Elementar nəticəyə gəlmək üçün Sizə 2 il lazım oldu. Siyasi diletantçılıq bu ölkənin bəlasıdır” deyə ironiya edib.
Bu rəyindən sonra Natiq Cəfərli Fuad Ağayevi (AMİP-in timsalında) Heydər Əliyevin hakimiyyətə gətirilməsindəki rolunu(?) xatırladıb.

Natiq Cəfərli: Siyasi diletantlar 30 il əvvəl Əliyevləri hakimiyyətə gətirdilər. Biz 2020 ci ildə 10 noyabrda EYNİ şeyi bəyanatımızda yaymışıq. Siz ancaq onun-bunun saytını oxuyun, bizim yox.

 

Fuad Ağayev: Birincisi, “delitant” yox, “diletant”. İkincisi, 30 il bundan əvvəlki dövrü iqtidar və sizin kimi “korifeylər” tez-tez xatırlayırlar. O zamandan indiyə kimi inkişafınız budur!? Utanc verəcək və Beynəlxalq Məhkəmənin ölkəmiz əleyhinə qərardadına (əmrinə) səbəb olmuş eko-aksiya təşəbbüsünün müəllifliyi ilə qürrələnən sizin təşkilat deyildimi? Mənim facebook hesabıma baxsanız, görərsiniz ki, sizin, iqtidardakıların indi səsləndirməyə başladığl fikirləri mən sistemli şəkildə II Qarabağ müharibəsindən dərhal sonra demişəm.

Fuad Ağayev: REAL nədir? Əgər düz-ənəlli konsepsiyanız var idisə, Erkin Qədirli deputat ola-ola, niyə parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etməyib? 2 il yarım keçib, indi səhvlərinizi belə statuslarla malalamaq istəyirsiniz? Yeri gəlmişkən, üzvlərinizin sayını artırmaq üçün müraciət ermişdiniz? Nə oldu?

 

 

Afət Abbasova

Gununsesi.info