
Bu gün Beynəlxalq Muğam Mərkəzində Xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Gununsesi.info-nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, xanəndə Bülbülcanın (Əbdülbağı Əli oğlu Zülalov) doğumundan 175 il ötür (1841-1927). O, ilk musiqi təhsilini “Qafqazın Konservatoriyası” adlandırılan Şuşada Xarrat Qulunun məktəbində alıb.
Geniş repertuara malik Bülbülcan 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış etmiş, muğamsevərlər arasında məşhurluq qazanıb. Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.
Anar
Gununsesi.info