Tanınmış yazardan Ərdoğana tikanlı sözlər - "van minut" şousunun müddəti bitdi

  • By admin
  • 28 İyun 2016 09:02

 

elnur

HTML tutorial

Tanınmış köşə yazarı Elnur Astanbəylı Türkiyə ilə İsrail arasındakı son yaxınlaşmanı şərh edib. Gununsesi.info yazarın facebook səhifəsindəki qeydlərini təqdim edir:

Ərdoğanın siyasi artistizminin və düşüklüyünün son həddi olan “van minut” şousunun istifadə müddəti rəsmən bitdi: bu dəqiqələrdə Türkiyə TV-lərində İsraillə dostluq və qardaşlıq, mehriban qonşuluq təranələri yenidən oxunmağa başlanıb. Despotlar kütlənin dilini yaxşı bilirlər – işlərinə gəldikdə, ehtiyacları olduqda çox asanlıqla “qəhrəmanlıq dastanı” yazır və alqışlanır, “xalq atası”na çevrilir, eyni asanlıqla da tüpürdüklərini yalayırlar.
Beyinlə peyin arasında cəmi bir hərf fərqinin olduğu ölkələrdə bu sadə, amma böyük həqiqəti isə çox az adam üçün fərq edir…