Gununsesi.info xəbər verir ki, tanınmış yazıçı-şair Aysel Əlizadə ictimai şəkildə intihar anonsu verib.
Eks aparıcı bu barədə “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.
“Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığında özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə, ikimizi də öldürüm. Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “”intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm…”
A.Əlizadə bu fikrə düşməyinin səbəbini açıqlamayıb.
Aysel Əlizadə şairə Kəmalə Abıyevanın qızıdır. Ramin Hacılı ilə evlidir. Onun tanınmış yazar Aqşin Yeniseylə nikahından bir qızı var.
Gununsesi.info