Tanınmış Yutuber atası tərəfindən öldürüldü - VİDEO

  • By admin
  • 05 Fevral 2023 10:41

Türkiyədə yaşayan iraqlı YouTuber Tiba əl-Əli ailəsini ziyarət etmək üçün getdiyi İraqın Divaniyyə şəhərində atası tərəfindən öldürülüb.

Gununsesi.info xəbər verir ki, hadisə İraqda “namus cinayəti” kimi qiymətləndirilsə də, ölkədəki bir çox qadın qətlə sərt reaksiya verib.

22 yaşlı əl-Əlinin 2017-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə getdiyi, lakin sonradan onlarla birlikdə İraqa qayıtmaqdan imtina etdiyi bildirilir.

“Al Jazeera” telekanalının məlumatına görə, atası qızının Türkiyədə tək yaşamasından narahat olub.

Qətl İraqda qadın hüquqları müdafiəçilərinin böyük reaksiyasına səbəb olub, qadınlar sosial şəbəkələrdə paytaxt Bağdadda etiraz aksiyası keçirmək barədə çağırış ediblər.

Qeyd edək ki, İraqda məişət zorakılığı ilə bağlı qanun yoxdur və bu vəziyyət uzun müddətdir ki, ictimaiyyətdə müzakirə olunur.

Gununsesi.info