Türkiyədə yaxınlaşan siyasi seçkilər partiyalarda aktivliyi bir qədər də artırıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə ayrı-ayrı peşələrdən olan bir çox isimlər deputatlığa namizədlik üçün siyasi partiyaların qapılarını döyüblər. Yüksək Seçki Komissiyasına təqdim edilən namizədlər arasında sənət dünyasından: idman, musiqi, media işçisi, ictimai fəallar və bir çox tarixi isimlərin ailələrininü üzvləri də var.
Onlar AK Partiya, CHP, İYİ Partiya, Türkiyə İşçi Partiyası və MHP-dən namizəd olacaqlar.
TÜRKEŞ AİLƏSİNİN ÜZVLƏRİ DEPUTATLIQ ARZUSUNDA
Millətçi Hərəkat partiyasının qurucusu Alparslan Türkeşin iki övladı fərqli partiyalardan namizəd olublar.
Yıldırım Toğrul Türkeş Ankara üzrə AK Partiya-dan, Ayyüce Türkeş isə İzmir üzrə İYİ Partiyadan namizəd olublar.
ATA-OĞUL EYNİ PARTİYADAN NAMİZƏDDİRLƏR
Keçən dönəmdə olduğu kimi, bu seçkilərdə də Diyarbəkirdə Ensarioğlu ailəsindən olanlar Qalib Ensadioğlu AK Partiyadan, Vecdin Ensarioğlu isə İYİ Partiyadan millət vəkili namizədi olublar.
Geçen seçimde olduğu gibi bu seçimde de Diyarbakır’da Ensarioğlu ailesinden isimler karşı karşıya gelecek. Kuzenler Galip Ensarioğlu AK
Jurnalist İrfan Değirmenci İzmir şəhəri üzrə namizəd göstərilib.
Tahir ELçinin qadını Türkan Elçi CHP-dən İstanbul üzrə deputatlığa namizəd göstərilib.
Jurnalist Hulki Cevizoğlu, Şəbnəm Bursalı və Prof. Mehmet Şahin AK Partiyadan namizəd göstərilib.
İDMAN DÜNYASINDAN İSİMLƏR SİYAHIDA
Siyahıda idmançılar diqqət çəkir. Keçmiş futbolçu və Baş məşqçi Ünal Karaman İYİ Partiyadan Konya üzrə namizəd göstərilib.
Zəlzələnin ardından etdiyi çalışmaları ilə ön plana çıxan keçmiş futbolçu Gökhan Zan Hatay üzrə deputat namizədi olub.
Milli üzücü Umut Arman Sonay isə AK Partiyadan İstanbul üzrə namizəd olub.
SƏNƏTÇİLƏR MİLLƏTVƏKİLİ NAMİZƏDİ OLUBLAR
Siyahıda sənət dünyasından da adlar var. AK Partiyadan musiqiçi Yücel Arzen İstanbul üzrə namizəd olub.
Oyunçu Mehmet Aslantuğ Türkiyə İşçi Partiyasından (TİP) Muğla üzrə namizəd olub.
Bahadır Yenişehirlioğlu Manisa şəhəri üzrə, oyunçu Özləm Balçı MHP Muğla şəhərindən, müğənni Davut Güloğlu Yeniden Refah Partiyası üzrə İstanbuldan namizəd olublar.
18 YAŞINDA MİLLƏT VƏKİLİ NAMİZƏDİ
AK Partiya üzrə gənc namizəd 18 yaşlı Nisa Alptekin olub. O, İzmir üzrə seçki yarışına qatılacaq.
Tərcümə: Arzu Sayadoğlu