Tanınmışlarımızın xaricdəki milyonluq villaları – SİYAHI

  • By admin
  • 09 İyul 2016 12:30

villa

 

Azərbaycanın tanınmış şəxslərinin ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil.

Qiyməti milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki Azərbaycanda orta əmək haqqına bu cür dəbdəbəli villa və obyektlərə sahiblənmək mümkünsüzdür.

Gununsesi.info Türkiyə Statistika Komitəsinin məlumatına görə, bu il ərzində Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayı 325 nəfər olub. Türkiyəyə tez-tez səyahət edən müğənni Rəqsanənin də Türkiyədən daşınmaz əmlak aldığı barədə xəbər yayılıb. Türkiyə şou-biznesinə qatılmaq istəyən xalq artisti Aygün Kazımova isə çoxdan Türkiyədə villa sahibidir.

Bundan başqa, xalq artisti Brilyant Dadaşova,  müğənni Ayan Babakişiyevanın da adı Türkiyədə ev alanlar siyahısındadır. Gənc müğənninin hətta 3 daşınmaz əmlak sahib olduğu deyilir. Müğənni Nadir Qafarzadə, şoumen Kamran Həsənli və bacısı rejisor Gülər Həsənli, əməkdar artist Röya və Ədalət Şükürovun da Türkiyədə evləri var.

Azərbaycanlı müğənni Samir Piriyev isə Türkiyənin Bodrum şəhərində villa sahibidir.

Qeyd edək ki, azərbaycanlı rep ifaçısı Anar Nağılbaz ötən il Praqada daşınmaz əmlak alaraq Azərbaycanı tərk edib. Bu barədə o rəsmi facebook səhifəsində bildirmişdi.

Vergilər Nazirliyindən 1xəbər.com –a verilən məlumata görə, xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşları heç bir vergi ödəmir. Əgər alınan evlərdən gəlir əldə olunarsa, gəlir əldə etmə hüququ yarandığı gündən gec olmayaraq, Azərbaycan Respublikası vətəndaşları yaxud əcnəbilər vergi uçotuna duraraq gəlir vergisi ödəməlidir.

 

Gülnaz Qənbərli