“Tank biatlonu”nun açılış mərasimi oldu - FOTOLAR

  • By admin
  • 15 Avqust 2022 20:53

Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb.

“Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.

Gununsesi.info