Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir

  • By admin
  • 17 Oktyabr 2016 16:36

tank
2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Anar

Gununsesi.info