Tanlnmış jurnalist və arvadı göz altına alınıb

  • By admin
  • 21 İyul 2016 15:51

jurnalist

Jurnalist Orhan Kamal Cengiz həyat yoldaşıyla birlikdə ölkəni tərk etmək istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən gözaltına alınıblar. Gununsesi.info-nun Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, ölkəni tərk etmək üçün Atatürk Hava Limanına gələn Cengiz və həyat yoldaşı Sibel Hürtaş, pasport yoxlaması aparılarkən gözaltına alınıblar. Bu haqda gözaltına alındıqdan sonra Hürtaş tvitter hesabından “Həyat yoldaşım Orhan Kamal Cengizlə birlikdə gözaltındayıq” mesajını yazıb. Cengiz və Hürtaş ifadələrinin alınması üçün Vətən prospektindəki Təhlükəsizlik İdarəsinə aparılıblar.

Gülnaz Qənbərli