Tansu Çillər nə üçün AKP-nin namizədini seçdi? - Əkrəm İmamoğlu açıqladı

  • By ilhame
  • 25 Fevral 2024 20:02

Türkiyənin keçmiş baş naziri Tansu Çillər İstanbul Böyük Şəhər Bələdiyyə başqanlığa namizəd Murad Kurumu dəstəkləyib.

Qeyd edək ki, Murad Kurum hakim AK Partinin namizədidir.

Gununsesi.info-nun xəbərinə görə, Tansu Çillərin bu qərarı ilə bağlı Əkrəm İmamoğlu sensasion açıqlama verib.

O, bildirib ki, Tansu Çillərin İstanbulda böyük bir ərazidə inşa etdirmək istədiyi tikintinin qarşısı bələdiyyə tərəfindən alınıb: “O, ona görə Murad Kurumu dəstəkləyib ki, onun inşaatının qarşısını biz məhkəmə yolu ilə aldıq. Belə olan halda o mənə dəstək vermədi.”

Gununsesi.info