Tanzaniyanın əsas müxalifət partiyası “Çadema”nın lideri Frimen Mbou bir sıra müxalif siyasətçilərin yoxa çıxmasında ittiham etdiyi daxili işlər naziri və təhlükəsizlik xidmətlərinin rəhbərlərini istefaya çağırıb və nümayişlərlə hədələyib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Bu ultimatum sentyabrın 6-da oğurlanan və ertəsi gün ölü tapılan partiya üzvü Əli Mohamed Kibaonun qətlindən sonra verilib.
“Biz hökuməti tədbir görməyə çağırır və bu tələbimizin sentyabrın 21-dək yerinə yetiriləcəyinə ümid edirik”, – siyasətçi bildirib.
O əlavə edib ki, daxili işlər naziri, polis baş müfəttişi, cinayət təhqiqat xidmətinin rəisi və kəşfiyyat rəhbəri istefa verməlidir.
Məlumata görə, 2016-2024-cü illər ərzində 83 nəfər qaçırılıb və ya yoxa çıxıb. Mbou onların yoxa çıxmasının Britaniya polis xidməti tərəfindən araşdırılmasını təklif edib.
Gununsesi.info