Tanzaniyada ölümcül Marburq virusu həyəcanı: - 8 nəfər öldü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Marburq virusunun Tanzaniyanın Kagera bölgəsində sürətlə yayıldığını və indiyədək 8 nəfərin öldüyünü açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölüm nisbəti 88 faizə çatan bu ölümcül virus regionun digər ölkələri üçün ciddi təhlükə yaradır.

Açıqlamada Tanzaniyanın Kagera bölgəsində başlayan Marburq virusu epidemiyası ilə bağlı üzv ölkələrin məlumatlandırıldığı, 9 şübhəli hadisənin araşdırıldığı bildirilib. 

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus da X sosial media platformasındakı paylaşımında yaxın günlərdə hadisələrin arta biləcəyi barədə xəbərdarlıq edib. 

“Xəstəliklərə nəzarət yaxşılaşdıqca yaxın günlərdə daha çox hadisənin olacağını gözləyirik. ÜST Tanzaniya hökumətinə və təsirlənmiş icmalara tam köməyini təklif edib”, – Qebreyesus bildirib. 

Tanzaniya ilə qonşu olan ölkələrin sayıq olmaları və potensial hallara qarşı hazır olmaları lazım olduğuna diqqət çəkən Ghebreyesus, risk altında olan ölkələrin Tanzaniya ilə səyahət və ticarəti məhdudlaşdırmağı təklif etdi.

 

 

Orxan Saffari

Gununsesi.info