”TAP layihəsində dəyişiklik etmək olmaz”ŞEVÇOVİÇ

”TAP layihəsində dəyişiklik etmək olmaz”

Hazırkı mərhələdə Transadriatik boru kəməri (TAP) layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil.

Gununsesi.info ”Trend”ə istinadən  məlumat verir ki, bunu İtaliya mətbuatına müsahibəsində Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O vurğulayıb ki, TAP-ın son çıxış nöqtəsi olan Apuliya vilayətinin Melendunyo qəsəbəsidir:
“Qaz kəmərinin tikintisi pik həddədir və bu proses’ hər hansı dəyişiklik etmək mümkün deyil. Çıxış nöqtəsi olaraq Melendunyo qəsəbəsi diqqətli araşdırmalardan sonra seçilib. Qərar qəbul olunmazdan əvvəl 11 mümkün variant nəzərdən keçirilmişdi”.

Gununsesi.info

COMMENTS