Tardiqrad möcüzəsi – Dünyanın ən dözümlü heyvan: Onları heç bir silahla, hətta yandıraraq öldürə bilməzsiniz

  • By arzu
  • 01 Aprel 2023 22:52

Yaşayan hər canlının, əslində bir möcüzə olduğunu düşünə bilərsiniz. Haqsız sayılmazsınız, ancaq tardiqrad və ya bilinən adı ilə “Su ayısı” söhbət mövzusu olduqda durum başqa cür olur. Öncəliklə, “Mikroskopik bir canlıya niyə “Su ayısı” deyilir sualı ağıla gəlir. Ancaq “Su ayıları”nın özəlliklərini bildikdə, bu müqayisə qəbul edilir, hətta yetərsiz qalır.

HTML tutorial

 

Onların sayəsində canlılar planetlərarası keçid edə bilər. İnsan iqrinin Marsda və digər yerlərdə koloniyalar qurması ümidi var. Dünya üzərində yaşayan ən dözümlü canlı Tardiqradlardır. Bütün fəlakətlərə dirənə qalaraq həyatda qalmağı bacarırlar. Onlara bəzən “Qiyamət heyvanları” deyilir. O qədər güclüdürlər ki, onları heç bir silahla, hətta yandıraraq belə, öldürə bilməzsiniz.”Su ayıları” suya ehtiyac duymadan 10-30 il yaşaya bilirlər.

 

Onlar şirin sularda və nəmli sahələrdə yaşayan mikroskopik bir canlıdır. Su ayısı adından düşünə biləcəyiniz kimi böyük və güclü məxluq deyil. Ancaq elm adamlarına görə dünya üzərində yaşayan ən dözümlü və tab gətirən canlı su ayılarıdır. Çünki bu yaradılmışlar fövqəladə yaşam şərtlərində yaşaya bilirlər. Qaynar suyun içində, radiasiyada, buzların içərisində, vakumsuz kosmos ortamında və okeanın ən dib nöqtəsində belə canlı bir şəkildə var ola bilirlər. Onlar qorumasız bir şəkildə kosmosda yaşaya bilən tək canlı növüdür. Su ayılarının bu ortam şəraitində necə həyatda qaldığı hələ tam olaraq açıqlana bilinmir. Ancaq həyatda qalma yöntəmlərinin qış yuxusuna bənzər bir forma olduğu bilinir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info