
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib.
Gununsesi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Şuranın üzvləri sırasına Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri əlavə edilib.
Digər bir dəyişikliklə isə Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq.
Bundan əvvəl isə Şuranın iclasları onun üzvlərindən azı səkkiz nəfər iştirak etdikdə baş tutmuş sayılırdı.
Gununsesi.info