Tarixə həkk olunmuş ən yaxşı cavablar

  • By admin
  • 12 Sentyabr 2017 09:00

galileo-galilei

Bu başlıq altında təqdim etdiyim yazını oxuduqca ağlın, dərrakənin nə qədər önəmli olduğuna bir daha şahidlik edəcəksiniz.

Öncədən qeyd edim ki, bu material ədəbiyyat və tarixdən alınıb.

Gununsesi.info tarixin səhifələrinə həkk olunmuş ən maraqlı və yerində deyilmiş cavabları oxucularına təqdim edir.

Bonapart Napaleonun əsir tutduğu general ona deyir:

– Siz pul üçün vuruşursuz, biz isə şərəfimiz uğrunda.

Napaleonun verdiyi cavab isə olduqca maraqlıdır:

– Düzdür, kimdə nə yoxdursa, onu qazanmaq uğrunda vuruşur.

*

Qalileo Qalileyin qulaqları normadan uzun olub. Boşboğaz bir adam alimin xarici görünüşünə eyham vuraraq deyib:

– Qulaqlarınız insana uyğun deyil, çox uzundur.

Qaliley cavab verir:

– Mənim qulaqlarım insana görə uzun ola bilər, amma sənin də qulaqların eşşəyə görə bir az qısa deyilmi?

*

Çörçill evə sərxoş gəldiyi zaman qulluqçusu özünü saxlaya bilmir:

– Siz tamamilə sərxoşsunuz.

Çörçill:

-Siz də çox çirkinsiniz. Mən sabaha ayılıb düzələcəm, siz isə yox.

*

Məşhur türk şairləri Yehya Kemal Beyatlı və Mehmet Akif Ərsoy söhbət edərkən boğboğazlığına görə o qədər də sevilməyən bir nəfər onlara yaxınlaşır:

– Söhbətiniz bol olsun, yenə nə yalanlar danışırsınız?

Yehya Kemal təmkinini pozmadan cavab verir:

– Mehmet Akifə səni tərifləyirdim.

*

Mehmet Akif Ərsoy saxta mimikalarla, şeirlərin hissiyyatsız oxunmasını heç sevməzmiş. Bir gün iclasda şairin “Bülbül” adlı bu cür oxuyan adam Mehmet Akifi əsəbiləşdirir. Daha sonra şeiri necə oxuduğunu soruşan həmin şəxsə şairin cavabı belə olur:

– Bu bülbül mənim “Bülbül”ümə oxşayır, amma qanadını da qırdınız, quyruğunu da.

*

Bizans imperatoru XI Konstantin Paleoloq (1405-1453, İstanbulun fəthi zamanı öldürülüb-red.) öz elçilərini İstanbulun fəthinə hazırlaşan Sultan Mehmetin yanına göndərir. O, bəzi ərazilərin rüşvət kimi verilməsi qarşılığında Osmanlı hökmdarını bu fikirdən daşındırmağa çalışır. Sultan Mehmet isə elçilərdən bu cavabı göndərir:

– Mənim reallaşdırmağa qadir olduğum şeylərə mane olmaq sizin xəyallarınızda belə mümkün ola bilməz.

*

Atatürk əcnəbi dövlət başçılarını Dolmabahçe Sarayında qəbul edirdi. Belə toplantıların birində Atatürk ilə Yuqoslaviya kralı Aleksandr arasında keçən dialoqu təqdim edirəm.

Kral Aleksandr:

– Biz türkləri çox sevirik. I Dünya müharibəsinin sonunda İngiltərənin Baş naziri David Lloyd George Qərbi Anadolunu Yunanıstandan əvvəl bizə təklif etmişdi. Lakin biz yuqoslavlar türkləri çox sevdiyimiz üçün bu təklifi qəbul etmədik və Anadolu yürüşünə çıxmadıq.

Atatürk qonaq kralın bu sözlərini dinlədikdən sonra gülümsəyərək cavab verir:

– Əvvəla, bizə olan sevginizə görə təşəkkür edirəm. İkincisi isə sizə keçmiş olsun.

*

Mövlana (Cəlaləddin Rumi – red.) bir gün dərvişlərlə yol gedirmiş. Yolun kənarında itlərin qucaqlaşaraq yatdıqlarını görən dərvişlərdən biri təəssüf edir ki, kaş bütün bəşəriyyət bu itlərdən dərs alıb mehriban olardı. Mövlana isə mənzərəyə fərqli yanaşaraq dərvişə cavab verir:

– Onların qabağına bir parça sümük atsaq, “mehribanlıqlarının” nə dərəcədə olduğunu başa düşərik.

*

Şair Necip Fazil Kısayürek (1905-1983) saqqal saxladığı zaman bir adam ona “meymuna dönmüsən” deyir. Şair kefini qətiyyən pozmadan arxasını həmin adama çevirir və cavab verir:

– Yaxşı, onda başqa tərəfə dönüm

Nigar

Gununsesi.info