
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid, Avropa istehsalı olan ov tüfəngi daxil edilib.
Muzeydən Gununsesi.info-ya verilən məlumata görə, tüfəngin lüləsi dəmirdir, səkkiztillidir. Üzərində nəbati naxışları var.
Lülənin üzərində “1919” il tarixi qeyd olunub. Tüfəngin bərpaya ehtiyacı olduğundan bərpa işi muzeyin bərpa laboratoriyasının bərpaçı rəssamı Tural Nəbiyev tərəfindən həyata keçirilib.
Hazırda tüfəng muzeyin silahlar və bayraqlar fondunda saxlanılır.
Anar
Gununsesi.info