Tarix verildi: Təhlükə yaxınlaşır – Yanğın, quraqlıq…

  • By admin
  • 15 Fevral 2024 12:26

Beynəlxalq araşdırmaya görə, Amazon meşələrinin demək olar ki, yarısı 2050-ci ilə qədər quraqlıq, meşələrin qırılması və yanğınlar səbəbindən yox ola bilər.

Gununsesi.info xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, elm adamları yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbiylə Amazonun 38 faizinin pisləşdiyini bildirən elm adamları 2050-ci ilə qədər tropik meşələrin 10-47 faizinin məhv ola biləcəyini düşünürlər.

Rütubət səviyyəsi bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini istehsal etdikləri üçün “dünyanın ağciyərləri” olaraq xarakterizə edilir.

Araşdırmanın təfərrüatları “Nature” jurnalında dərc olunub.

 

Gununsesi.info