Tarixçi professor Aydın Balayev vəfat edib

  • By admin
  • 08 Dekabr 2021 11:37

Tarix üzrə elmlər doktoru Aydın Balayev vəfat edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə professor Adil Qeybulla öz feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Aydın Balayev 1956-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Tarixçi professor Azərbaycan Milli  Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda çalışıb. O, 90-dək elmi əsərin müəllifidir.

Tarixçi Aydın Balayevin  uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, 65 yaşlı professor bir sıra araşdırmaların, tarixi əsərlərin, 90-dək elmi əsərin müəllifidir.

Qeyd edək ki, Aydın Balayevin ölüm xəbərini həyat yoldaşı Nailə Balayeva da təsdiq edib.

Allah rəhmət eləsin!

Gununsesi.info