Tarixdə bu gün hansı hadisələr baş verib?
1929-cu ilin bu günü Amerikalı admiral Riçard Börd tarixdə ilk dəfə Cənub qütbü üzərindən uçub.
Bəs tarixdə bu gün başqa hansı hadisələr baş verib?
Gununsesi.info 4 dekabrda baş verən mühüm hadisələri təqdim edir:
1. 1945-ci ilin 4 dekabrında Yuqoslaviya Federativ Respublikası yaradılıb.
2. 1947-ci ilin 4 dekabrda Ərəblərin kəskin etirazına baxmayaraq BMT Fələstin ərazisinin bölünməsi və müstəqil İsrail və fələstin dövlətlərinin yaradılması qərarı verib.
3. 1978-ci ilin bu günü “Xalq Məbədi” təriqətinə mənsub 913 nəfər Qayana meşələrindəki bazalarında zəhər içərək kütləvi şəkildə intihar ediblər.
4. 1988-ci ilin bu günü “Azadlıq qəzeti” nəşrə başlayıb.
5. 4 dekabr 1858-ci ildə ingilislər Hindistan Türk İmperatorluğunun hökmdarı II Babur şahı taxtından endirərək Mahmud Qəznəvidən başlayan, Hindistanda 9 əsrdir sürən türk hakimiyyətinə son qoydu.
6. 1943-cü ilin 4 dekabrında ABŞ prezidenti Franklin Ruzvelt (Franklin D. Roosevelt) və İngiltərənin baş naziri Vinston Çörçil (Winston Churchill) Türkiyənin Almaniyaya qarşı müharibəyə girməsi üçün Qahirədə Türkiyənin baş naziri İsmət İnönü ilə bir araya gəldilər. Üç gün davam edən müzakirələrdən sonra İ.İnönü ABŞ və İngiltərənin Türkiyənin müharibəyə girmə tələblərinə razı olmadığını bildirdi.
7. 1887-ci ilin bu günündə Şerlok Holmsdan bəhs edən ilk roman “Al-qırmızı tonlarda etüd” çapdan çıxdı.
Orxan Saffari