Tarixdə bu gün nələr baş verib?

2020-ci ilin 8 noyabrnda işğal altında olan Şuşa azad edildi və hər ilin 8 noyabrı Azərbaycan xalqı Zəfər Günü kimi qeyd edir.

Bəs bu gün başqa hansı hadisələr baş verib?

Gununsesi.info 8 noyabrda baş verən hadisələri təqdim edir:

1.1793-cü ildə Parisdə dünya şöhrətli Luvr muzeyi açıldı.

2.1923-cü ildə Almaniyanın Bavariya əyalətində Adolf Hitler və tərəfdaşları Əyalət İdarəsində çevriliş həyata keçirməyə cəhd etdi, ancaq uğurlu ola bilmədi. Alman siyasi tarixində “Pivə çevrilişi” kimi yer alacaq təşəbbüs nəticəsində Hitler və yoldaşları yaxalanaraq həbs edildi.

3.8 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.

Orxan Saffari

Gununsesi.info