Tarixdə bu gün nələr baş verib?

1917 – ci ilin bu günü İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal etdi.

Bəs tarixdə bu gün başqa hansı hadisələr baş verib?

Gununsesi.info tarixdə bu gün baş verən mühim hadisələri təqdim edir:

1.1925-ci il 9 dekabrda Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatdı.

2.1950-ci ilin bu günü Harri Qold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edildi.

3.1998-ci ilin 9 dekabrında Rut Dreyfuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçildi.

4.2004-ci ilin 9 dekabrında Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verdi.

5.9 dekabr 2007-ci ildə Türkiyədə iqtisadiyyat sahəsində “usta” sayılan Prof. Dr. Səbahaddin Zaim 81 yaşında İstanbulda həyatını itirdi.

6.1717-ci ilin bu günü Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman anadan olub.

7. 1918-ci ilin bu günü yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov anadan olub.

Orxan Saffari

Gununsesi.info