
Dünyada texnologiyanın irəliləyişi bir çox yenilikləri özü ilə birlikdə gətirir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 5 G peyklərini işlədərək tarixdə ilk dəfə kosmosdan telefon danışığı gerçəkləşdirilib.
Eyni peyklər internetə əlçatımı da təmin edəcək. Mobil əlaqənin dünya çapında genişləndirilməsinə yardımçı ola biləcək bu yeni sınaq çərçivəsində “Kosmosdan 5 G telefon danışığı” mümkün edilib.
5 G peykləri sayəsində “Vodafone” mühəndisi tərəfindən edilən sınaq telefon danışıqlarının komosda da gerçək ola biləcəyini göstərib.
İspaniyada yaşayan mühəndis Cose Qevara alçaq dünya orbitindəki “BlueWalker 3” peyki üzərindən telefon danışığı gerçəkləşdirib.
Peyk üzərindən şəbəkəyə bağlanan mühəndiz Havaydakı telefonla danışıb. Bu da ilk dəfə kosmosdan 5G axtarışının edildiyi anlamına gəlir.
AST Space Mobile tərəfindən kontrol edilən peyk birbaşa mobil cihaza bağlanaraq yeni nəsil bir axtarış sınağını vəd edir.
“Vodafone” peykdən telefon əlaqəsi sayəsində xidmət verilə bilməyən bölgələrdə telefon danışığının edilə biləcəyinə yol aça bilər.
Mobil əlaqələrin Avropa və Afrikadakı milyonlarla adama peyklər üzərindən daha geniş çərçivədə təmin edilə biləcəyi düşünülür.
Tarixi telefon danışığı ilə yanaşı, AST Space Mobile və “Vodafone” peyk üzərindən mobil internet sürəti testini də gerçəkləşdirib.
14 Mbps endirmə sürətinə çalışaraq peyk təminatçısı üçün bir rekord qırılıb. Ancaq “Starlink”in 1 GBPS-yə çatan internet gücünü də xatırlatmaq gərəkdir.
Tərcümə: Arzu