Əfsanə 15 illik fasilədən sonra rinqə geri dönür – Tarixi döyüş

  • By admin
  • 20 Noyabr 2020 11:41

Dünya şöhrətli boksçu Mayk Tayson 15 il fasilədən sonra yenidən rinqə çıxacaq.

Gununsesi.org qafqazinfo-ya istinadən istinadən xəbər verir ki, Tayson 29 noyabr bazar günü rəqibi Roy Consla döyüşəcək.

Qeyd edək ki, sonuncu dəfə 2005-ci ildə döyüşə çıxan 54 yaşlı Maykın rəqibi Royun 51 yaşı var. Onlar arasındakı döyüş 8 raund olacaq.

Xatırladaq ki, Mayk karyerası ərzində 50 qalibiyyət qazanıb, 6 dəfə məğlub olub. Roy Consun isə 66 qalibiyyəti, 9 məğlubiyyəti var.

Gununsesi.org