Tarixi qoruyan ən qədim rəqslər - FAKTLAR + FOTOLAR

  • By admin
  • 09 İyun 2017 12:43

11

Rəqslər musiqinin müşayiəti altında bədən hərəkətlərindən ibarətdir. Qədim dövrlərdə bu hərəkətlər olduqca sadə olub. İnsanlar müəyyən bir ritm altında əl və ayaqlarını sərbəst şəkildə hərəkət etdirərək rəqs edirdilər. Rəqslər hər zaman müxtəlif mərasimlərin, bayramların mühüm hissəsini təşkil edib. Bu gün bizə məlum olmayan bir sıra qədim rəqslərin maraqlı tarixçələri var.

Gununsesi.info artıq unudulmaqda olan qədim və tarixi rəqslərlərlə bağlı maraqlı faktları təqdim edir.

 

Ölülərlə rəqs

1

Madaqaskar əhalisinin çox qəribə və qədim adəti var. Yerli əhali hər yeddi ildən bir xüsusi mərasim keçirir. Ada sakinləri öz yaxınlarının məzarlarını açıb cəsədləri çıxarırlar. Daha sonra cəsədin köhnə kəfəni yenisi ilə əvəz edilir. Ölülərin qalıqları təkrar dəfn edilməzdən əvvəl heyvan ətlərindən hazırlanmış süfrə açılır. Əhali süfrə arxasında cəsədləri çiyinlərinə alaraq musiqi sədaları altında rəqs edirlər.

 

Müqəddəs Vitta rəqsi

2

Almaniyada XIV-XV əsrlərin ortasında bu rəqs olduqca məşhur imiş. Bu rəqsi hətta “kütləvi dəliliyin” erkən təsvir edilmiş formalarından biri kimi qiymətləndirirlər. Yüzlərlə insan bütün gün ərzində qeyri-ixtiyari yorulana qədər rəqs edir. Bu rəqs həftə ərzində dayanmadan davam edir. İlk dəfə bu rəqs 1374-cü ildə Aexen şəhərində qeydə alındıqdan sonra bütün Avropada yayılıb.

 

Mövlana rəqsi

3

Türkiyədə dini mərasimlərdə “fırlanan dərvişlər”in nümayiş etdirdiyi məşhur rəqsdir. Xüsusi mərasimlərdə mevləvilər rəmzi rəqs zamanı sanki başqa bir dünyaya düşürlər. Rəqs prosesində guya dərvişlər ilahiylə ittifaqa girir. Əlbəttə ki, bütün bunlar simvolikdir. Ağ geyim kəfəni, dəvə yunundan hazırlanmış papaq isə qəbirdaşını simvolizə edir. Belə taxılan qara rəngli kəmər isə mənəvi dirçəlişin rəmzidir. XIII yüzillikdə Türkiyədə Mevlevi tərəfindən əsası qoyulan rəqs bu günə qədər qardaş ölkədə xüsusi yerə malikdir.

 

Vendiqo rəqsi

4

Hindlilərin ənənəvi rəqsidir. İnsanlar rəqs vasitəsilə çürümüş parçalardan ibarət geyim, qəribə saç düzümü ilə adamyeyən bədheybətləri təsvir edir. Rəqs edənlər ovçu bədheybətlərin dəlisov hərəkətlərini təqlid edir.

 

Tarantella

5

İtaliyanın Neapol şəhərində XV əsrdə yaranmış rəqsdir. Rəqsin adı haqqında iki maraqlı versiya var. Belə ki, bir qrup insanlar rəqsin adının Taranto şəhəri ilə bağlı olduğunu düşünür. Digərləri isə bu yerlərdə tez-tez rast gəlinən nəhəng hörümçəklə əlaqələndirir. İnsanlar hesab edirdilər ki, bu hörümçəklər zəhərlidir. Hörümçək dişləməsindən yaranan ölümcül xəstəliklərdən qurtulmaq üçün insanlar sadəcə çoşqun və sürətli rəqslər etməyə başlayıb. Yalnız 300 il sonra məlum olub ki, hörümçəklər heç zəhərli deyilmiş.

 

Morrisa rəqsi

6

Bu, qədim ingilis rəqsidir. Morissa keçmişdə bütpərəstlər tərəfindən yaradılıb. Bir qrup tədqiqatçılar isə bu rəqsin daha qədimdən mövcud olduğunu iddia edirlər. XVI əsrdə Avropa küçələrində maraqlı kostyumlar və zınqırovlarla oynanılan rəqslər olduqca məşhur imiş. Böyük Britaniyada bu maraqlı rəqs hələ də xüsusi yer tutmaqdadır.

 

Kandoble ayin rəqsi

Braziliyada XX əsrin ortalarına qədər qadağan edilən bu qəribə və sirli dini rəqs Afrikadan bura qulların köç etməsindən sonra yenidən canlanmağa başladı. Rəqsin əsas məğzini dini mərasimlərdə monoton hərəkətlərin təkrarı təşkil edir. Rəqqasların Allahla ünsiyyətdə olduğu güman edilir. Baraban sədaları altında gerçəkləşdirilən rəqslərdə insanların ruhunu təmizlədiyi güman olunur.

 

Zalonqo rəqsi

8

Yunanıstanda yayılan Zolonqo rəqsdən çox bir tarixi hadisəni özündə qoruyub saxlayır. Belə ki, bu rəqs tarixi soyqırımı faktı ilə əlaqəlidir və hər bir yunan vətəndaşı bunu əzbər bilir. 1803-cü ildə imzalanan sülh razılaşmasını pozan Osmanlı vassalı Əli-Paşa hücum edərək yüzlərlə insanı öldürüb, qadınları isə əsir alıb. Hadisələrə etiraz əlaməti olaraq, 50 qadın əllərində körpələri ilə Zalonqo adlanan sıldırım qayanın üstünə çıxıb. Əvvəlcə körpələrini qayadan atan qadınlar daha sonra özləri də uçurumdan tullanıblar. Bu barədə şayiələr bütün Osmanlı İmperatorluğunda, eləcə də, Avropada yayılıb. Dünya şöhrətli rəssamlar, yazarlar bu hadisəni özlərinin əsərlərində təsvir edib. Yunanıstanda həmin günün şərəfinə qadınlar əllərində körpələri ilə rəqslər edir.

 

Gununsesi.info