“Tarixi şəxsiyyətlərimizi aşağılamağı milli xəyanətə bərabər tuturam” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 06 Mart 2018 17:18
Azərbaycan mətbuatında mütəmadi olaraq ölkənin  elm adamları, tanınmış simaları tərəfindən tarixi şəxsiyyətlərimizin ünvanına  xoş olmayan ifadələr işlədir,  müxtəlif qarayaxma kampaniyasını həyata keçirirlər. Tarixi şəxsiyyətlərimizi hədəfə çevirib, xlaqda öz tarixi şəxsiyyətinə, qəhrəmanına qarşı inamsızlıq aşılayırlar.
Tarixi şəxsiyyətlərimizə qarşı  bu hücumların məqsədi barədə  millət vəkili, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq institutunun direktoru, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəliyevla söhbətləşdik.
Gununsesi.info-ya açıqlama verən millət vəkili Göhvər Baxşəliyeva deyib ki, birincisi,  bu kimi açıqlamaların arxasında kifayət qədər  tarixi  prosesləri bilməməzlikdən, savadsızlıqdan, o dövrün inkişaf qanunauyğunluqlarını bilməmək dayanır. “İkincisi, bu proseslərin arxasında məqsədyönlü şəkildə  bu millətin qəhrəmanlarını gözdən salmaqla, həm onları gözdən salmağa, həm də xalq arasında bir inamsızlıq mühiti formalaşdırmağa çalışırlar. Bu tamamilə yolverilməz haldır.  Bu istər Şah İsmayıl, istər Nadir şah, istər şah Ağa Məhəmməd Qacar, istər Babək, istər Məmmədəmin Rəsulzadı və digərləri olsun.Bunların  hamısı Azərbaycan xalqının böyük tarixi şəxsiyyətləridir”- deyə, millət vəkili vurğulayıb.
Oəlvə edib ki, Şah İsmayıl  ilk dəfə mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradan  bir tarixi şəxsiyyətdir. “Hansı ki, onun yaratdığı dövlətdə yüz il Azərbaycan dili rəsmi dövlət dili kimi istifadə olunub. Ona belə yanaşmaq lazımdır. Bəziləri başalyır ki, Babək azərbaycanlı olmayıb, onun 200-dən çox xanımı olub, islama qarşı vuruşub. Babəkə belə  yanaşma kökündən səhvdir.  Babək bizim üçün  Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizə aran bir  qəhrəmandır. 20 iləcən ərəb xilafətini lərzəyə salan bir  qəhrəmandır.  Onun 20 il ərzində ərəb xilfətinə qarşı apardığı mübarizə bir yana, onun edam zamanı ölüm ayağında etdiyi hərəkət bütün  fəaliyyətindən üstündür. Onun bu hərəkəti ərəb və müsəlman aləmində qibtə hissi doğurur. Əbu Muhassab Ət Təmuhinin “Nişvar Əl Muhadara” əsərində Babəkin edam səhnəsini  təsvir edərək qeyd edir ki, qolunun birini kəsdikdən sonra  Babək kəsilən qolunun qanını sifətinə sürtür. Edam mərasimində iştirak edən xəlifə ətrafındakılardan Babəkin  bu hərəkət etməsinin səbəbni soruşmağı tələb edir. Babək deyir ki, Günəş də qürub edəndə saralır. Mən də qan itirdikdən sonra sifətimim saralacağını və bunu da düşmənlərimin bir qorxu əlaməti kimi anlayacağını düşündüyümdən belə edirəm. İstəmirəm ki, düşmənlərim qan itkisindən mənim saralmış simamı görsünlər. Bu olmasın deyə qanı sifətimə sürtürəm. Onun bu hərəkəti hətta xəlifəni  riqqətə gətirir və onun daxilində  düşmən də olsa Babəkə böyük bir rəğbət hissi oyadır. Babək bax bu cür şücaətli bir qəhrəman olub. İndi onun barəsində xoşagəlməz, təhrif olunmuş fikirlər yaymaqla, xalqın tarixinə atılmış bir daş hesab edirəm”- deyə, G. Baxşəliyeva bildirib.
O eyni zamanda əlavə edib ki, Puşkinin babası efiopiyalı idi: “İndi durub desinlər ki, Puşkin afrikalıdır. Puşkin rus ədəbiyyatına xidmət edən əsərlər yazıb. Müasir rus dilinin yaradıcılarından biridir. Necə ki, Puşkin ruslar üçün böyük şəxsiyyət, şair hesab olunursa, Babək də bizim üçün  elə bir qəhrəmandır.
Digər bir məqam deyirlər ki, Şah  İsmayılın nənəsi Tranzon imperatorunun qızı olub. Nə olsun. Axı o islamı qəbul edib.  Və yaxud deyirlər ki, ulu nəsli imamalar gedib çıxır və onu ərəb adlandırırlar. Bu necə qəribə yanaşmadır. Bu gün Azərbaycanda xeyli sayda seydilər var və deyək ki, onların da kökü ərəb olduğu üçün onlara ərəb deyək. Axı onlar çoxdan türkləşiblər”.
Deputat  bunların hamısını boş və mənasız sösz-söhbət etməklə yanaşı qaşınmayan yerdən qan çıxarmaq kimi dəyərləndirib.
Ağa Məhəmməd Qacar məsələsinə toxunana deputat deyib ki, biz onu Səməd Vurğunun “Vaqif” əsərindən Vaqifi edam edən bir şəxs kimi tanıyırdıq: “Lakin Qacar  Azərbaycan torpaqlarını vahid bir mərkəzdən idarə edən böyük bir tarixi şəxsiyyətdir. İndi ona bu prizmadan yanaşılmalıdır.  O zaman başqa bir dövr olub, proseslər tamamilə fərqli olub. Ona görə də istər jurnalist olsun, istər tarixçi, araşdırmaçı, istər digər elm adamı, tanınmış şəxs olsun belə məsələlərə həssas yanaşmalı və ehtiyatlı olmalıdır. Mən bu cür hərəkətləri milli xəyanətə bərabər tuturam. Bu düzgün deyil. Biz xalqın bir millət vəkili, ziyalısı  olaraq xalqın  köklü mənafelərindən çıxış etməliyik. Biz də müdafiə etməsək, bəs, kim müdafiə edəcək”.
Mürtəza
Gununsesi.info