Minecraft” tarixin ən çox satılan oyunu olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında qeyd olunub.
“Minecraft”ın ən yaxın satış rəqibi “Grand Theft Auto 5”dir. 2013-cü ildə buraxılmış oyunun satışı hazırda dünya üzrə 215 milyon nüsxəni keçir.
Qeyd edək ki, “Minecraft” ilk dəfə 2009-cu ildə pulsuz alfa versiyası olaraq buraxılıb. Tam versiya isə 18 noyabr 2011-ci ildə buraxılmışdır.













