

Türkiyənin tanınmış ifaçılarından olan Hande Yenerin özünü yerli müğənnilər arasında ilk “Üçlük”də görməsi və bunu mediaya söyləməsi şou-biznes aləmində sərt təpkilərə səbəb olub.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bir sıra sənətçilər Yenerin bu fikirlərinin yanlış və söylənilməsinin düzgün olmadğını dilə gətiriblər.

Tanınmış ifaçılardan olan Tuğba Özerk Yenerin məlumfikirlərini ironiya ilə qarşılayaraq, “gələnlər də var, gedənlər də var”-deyib.
O, özünün indiyədək heç vaxt bu cür iddialı və qeyri-təvazökar sözlər söyləmədiyini bildirib və hər kəsə də bunu tövsiyə
etdiyini söyləyib.
Qeyd edək ki, H. Yener ilk “Üçlük”də Tarkan və Gülşənlə yanaşı, özünü də gördüyünü iddia edib.
KAMİL
Gununsesi.info