![](https://www.gununsesi.info/wp-content/uploads/2017/08/07-3-250x200.jpg)
Türkiyəli müğənni Tarkan həyat yoldaşı Pınar Dilekə bahalı hədiyyə alıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhz meqastarın bu il reklam çəkilişlərindən və qarşıdakı günlərdə verəcəyi konsert proqramlarından, eləcə də 14 pop mahnının yer aldığı albom “10”-nun satışından, ümumilikdə 32 milyon TL (təxminən 16 milyon AZN) gəlir əldə ediləcək.
Belə ki, Tarkan Pınara 800 min lirəlik (təxminən 400 min AZN) son model qara rəngdə “Range Rover”, 200 min lirəlik isə (təxminən 100 min AZN) üzük alıb.
Qeyd edək ki, Tarkan ardıcıl olaraq 10 gün ərzində İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edib. Meqastarın 10 günlük konsertində 60 min tamaşaçı iştirak edib.
Anar
Gununsesi.info