Tarlada “kupça” payladılar

  • By admin
  • 07 Aprel 2017 15:10

1491563566-4947

Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atıb. 

Komitədən Gununsesi.info-ya daxil olan xəbərə görə, yenilik «Kütləvi çıxarış» kampaniyası çərçivəsində həyata keçirilir. Belə ki, komitə kənd təsərrüfatı ilə məşğul olan insanlara çıxarışları elə iş başında, əkin biçin işlərinin aparıldığı sahələrdə verəcək. Məqsəd  ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, insanlarda vaxt itkisinin qarşısnın alınması, onların xidmətlərə əlçatanlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılmasıdır.

Belə kampaniyanın biri Cəlilabad rayonun bir neçə kəndində keçirilib.  Kampaniya  çərçivəsində çıxarışlar bu kəndlərdə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində  çalışan vətəndaşlara iş başındaca təqdim olunub. 100-ə yaxın vətəndaş çıxarış əldə edib.

Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.

1491563570-7869