Tatarıstan Prezidenti Moldovaya buraxılmadı

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Moldovaya buraxılmayıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Minnixanov özü açıqlayıb.

Onun sözlərinə görə, Moldova rəhbərliyi onu “arzuolunmaz şəxs” elan edib.

Kişinyov hava limanında Minnixanova təyyarədən yerə enməyə belə icazə verilməyib.

Qeyd edək ki, Tatarıstan Prezidenti Komrat şəhərində tədbirə qatılmaq üçün Moldovaya yollanıb.

 

Gununsesi.info