Tatarıstanda “Türk çayı” gecəsi keçirilib - FOTOLAR

  • By admin
  • 15 Fevral 2017 11:07

turk-cay

Tatarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Kazan Xalqlar Assambleyası, həmçinin Türkiyənin Kazan Baş konsulluğu, Yunus Əmrə İnstitutu, Türk Hava Yolları Kazan Ofisi və Beta Çayının dəstəyilə “Səmavər: Türklərdə, Tatarlarda və Ruslarda Çay Mədəniyyəti” adlı tədbir keçirilıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə Türkiyənin Kazandakı baş konsulluğunda çalışanlar, eləcə də baş konsul Turhan Dilmaçın həyat yoldaşı Anna Dilmaç, Tatarıstan Parlamenti və Rusiya Dövlət Dumasının millət vəkilləri, jurnalistlər və Kazanda fəaliyyət göstərən dərnəklərin nümayəndələri iştirak ediblər.

Belə ki, tədbirdə qonaqlara ənənəvi olaraq stəkanlardan çay və müxtəlif Türk şiriniyyatları təqdim edilib.

Sonra Mərmərə Universitetinin Prof. Dr. Kəmaləddin Kuzucu, tatar jurnalist Ruslan Bişkov və A. Dilmaç tədbirdə iştirak edən qonaqlara Türkiyədəki çay ənənəsi, çay mədəniyyəti və tarixi haqqında məlumat veriblər.

Sonda A. Dilmaç bildiribi ki, bunu təşkil etməkdə əsas məqsədləri tatarlara Türkiyəni çayı və Türk ənənələrini tanıtmaqdır.

turk-cay-1

Anar
Gununsesi.info