Tatlısəs İraqda izdiham yaratdı - Polis gözyaşardıcı qazdan istifadə etdi

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəs İraqın Ərbil şəhərində izdihama səbəb olub.

Gununsesi.info xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, müğənni şəhərə ayaqqabı mağazasının açılışına qatılmaq üçün gəlib. O, hava limanına enər-enməz fanatlarının izdihamı ilə qarşılaşıb.

“İraq və Ərbil mənim qalamdır”, – mağaza açılışında da saysız-hesabsız pərəstişkarını görən Tatlısəs deyib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

 

 

Gununsesi.info