Tatlısəsin oğlu: "Bir dəfə olsun belə, bizə əl qaldırmayıb, yüksək səslə danışmayıb..."

  • By admin
  • 09 İyun 2017 21:15

ido_0

“Atam bizi vurmaq, bizə əl qaldırmaq bir yana qalsın,  bizə bir dəfə olsun belə, yüksək səslə qışqırmayıb, bizimlə yüksək tonla danışmayıb”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu “İmperator” İbrahim Tatlısəsin oğlu İdo Tatlısəs deyib.

O, atasının hər zaman onlara dəstək verdiyini də sözlərinə əlavə edib.

Eyni zamanda, sonuncu “Ya da boş ver” mahnısının atası tərəfindən yüksək qiymətləndirildiyini sözləyib.

İ. Tatlısəs də oğlu ilə fəxr etdiyini söyləyib və onun sonuncu mahnısını da çox bəyəndiyini etiraf edib.

“Super! İdo nə edərsə, hamısını gözəl edər. Sonuncu mahnısı da çox superdir, onu da çox bəyənirəm”.

İ. Tatlısəs eyni zamanda, oğlunun hazırda zahirən tam ona bənzədiyini bildirib:

“Amma o məndən daha yaraşıqlıdır”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info