Tatlısəs 13 milyondan imtina etdi və yeni verilişinin anonsunu verdi: “İbo-İdo-Dilan şow”

  • By admin
  • 09 İyun 2017 20:05

ibrahim tatalises

“İbo şow”u yenidən reallaşdırmasam, bu dünyadan gözüaçıq gedərəm”.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bunu ünlü sənətçi, “İmperator” İbrahim Tatlısəs telekanallardan birinin canlı yayında bildirib.

“Qandırmaq yox, əhval-ruhiyyəm yerimə gəlsin, mahnı oxumağı mən özüm də çox özlədim”-deyən Tatlısəs ona telakanallardan biri tərəfindən 13 milyonluq veriliş təklifi edildiyini də təsdiqləyib.

“Doğrudur, mənə 13 milyonluq veriliş təklif etdilər, amma qəbul etmədim”.

O, eyni zamanda,  sənət yolunu davam etdirən oğlu İdo və qızı Dilanın da sənətini yüksək qiymətləndirdiyini bildirib və hətta, deyib ki, gələcəkdə “İbo şow”un adını dəyişə bilər.

“Yəni, bu verilişi “İbo-İdo-Dilan şow” kimi təqdim edə bilərik”-deyə, ünlü sənətçi sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info