Tatlısesin övladlıqdan rədd etdiyi oğlundan atasına jest

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Bodrum şəhərinin Yalıkavak istiqamətində səhər saatlarında sənətçi İbrahim Tatlısesin də olduğu mikroavtobus qəzaya düşüb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə Tatlısesin övladlıqdan çıxardığı Ahmet Tatlı da gəlib.

HTML tutorial

Qəza xəbərini eşidəndə çox üzüldüyünü deyən Tatlı “Adamın ürəyi pis olur. Maşının aşdığı dərəyə endim” qeyd edib.

O, həyatını təhlükəyə ataraq maşında sıxılıb qalan atasının çıxarılmasına kömək edib. Atasının qəza keçirdiyini eşidən İdo Tatlısəs də hadisə yerinə gələrək xilasetmə işlərinə qatılıb.

Gununsesi.info