Taxıl müharibələrində yeni pərdə: Ukraynadan kritik addım

  • By admin-2
  • 20 Sentyabr 2023 10:56
taxıl

Keniya prezidenti Uilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün addım atdığını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin də Afrika ölkələrinə ucuz taxıl verəcəyini bildirib. 

Gununsesi.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski və Ruto Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində görüşüblər.

X sosial media platformasında verdiyi açıqlamada Ruto Zelenskinin Afrikanın şərqindəki təcili ərzaq ehtiyaclarını ödəmək üçün Mombasa limanında taxıl mərkəzi quracağına söz verdiyini bildirib.

Ruto həmçinin ölkəsinin iztirabları yüngülləşdirmək və dağıntıları dayandırmaq üçün Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edib.

Qeyd edək ki, Afrikanın 25 ölkəsi hər il buğda idxalının üçdə birindən çoxunu Rusiya və Ukraynadan idxal edir.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri artan ərzaq qiymətləri səbəbindən çətin günlər yaşayan Afrika ölkələri iki ölkə arasında sülhün əldə edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Qara dəniz Taxıl Dəhlizi Sazişinin dayandırılmasından təəssüfləndiyini bildirib və tərəfləri razılaşmanı davam etdirməyə çağırıb.

Səid Əhmədli
Gununsesi.info