Taxıl sazişinin vaxtı uzadılacaq

Müddəti noyabrın 22-də başa çatan Ukrayna ərzaq məhsullarının ixracına dair müqavilənin vaxtı uzadılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov İstanbuldakı Birgə Koordinasiya Mərkəzində Türkiyənin müdafiə naziri Hulusi Akar ilə taxıl dəhlizi təşəbbüsünün həyata keçirilməsi və onun müddətinin uzadılması ilə bağlı danışıqlar aparıb:

“Sazişdə iştirak edən tərəflər – BMT, Türkiyə və Ukrayna onun etibarlılığını uzatmağa hazır olduqlarını bildiriblər və əmin ediblər ki, layihənin uğurla həyata keçirilməsi üçün maksimum səy göstəriləcək. Taxıl dəhlizinin fəaliyyəti noyabrın 22-dən sonra da davam edəcək”.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dənizlə Ukrayna taxılının ixracına şərait yaradan dördtərəfli saziş imzalayıb.

Gununsesi.info