“Taxıl təşəbbüsü”ndə iştirak edən 218 gəminin hərəkəti hazırda bağlanıb

“Taxıl təşəbbüsü”ndə iştirak edən 218 gəminin hərəkəti hazırda faktiki olaraq bağlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 30-na olan məlumata görə, Ukrayna tərəfinin Birgə Koordinasiya Mərkəzindən təhlükəsiz dəhlizdən keçmək və yoxlamalar aparmaq üçün icazəsi olmadığına görə, 218 gəmi faktiki olaraq hazırkı mövqelərində bloklanıb”, – məlumatda deyilir.

Bildirilir ki, bu gəmilər arasında artıq Ukrayna limanlarını tərk etmiş və son istehlakçıya göndərilmək üçün yoxlamanı gözləyən 95 yüklü gəmi də var; 101-i boşdur və Ukrayna limanlarının girişində yoxlama gözləyir; 22 yüklü Ukrayna limanlarını tərk etməyi gözləyir.

“Ukrayna limanları vasitəsilə taxıl və kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması təşəbbüsü”nün həyata keçirilməsinin müstəsna humanitar xarakter daşıdığı və Ukraynanın təşəbbüsün tərəfi kimi onun heç bir bəndini pozmadığı vurğulanır.

Xüsusilə, Rusiya hərbi qüvvələrinin limana və enerji infrastrukturuna hücumlarına baxmayaraq, Ukrayna tərəfinin “taxıl dəhlizi” ilə malların daşınmasını dayandırmadığı vurğulanır.

Gununsesi.info