Taylandda 17 tələbə yol qəzasında həyatını itirib

  • By admin
  • 29 Sentyabr 2019 22:48

Taylandın Samutprakan vilayətində baş verən qəza nəticəsində ölkənin texniki kollecinin ən az 17 tələbəsi həlak olub.

Gununsesi.org-un məlumatına görə, bu barədə “Bangkok Post” qəzeti bildirib.

Məlumata əsasən, sərnişinlərlə dolu avtomobil yol kənarındakı iki dirəyə çırpıldı və aşıb. Avtomobil sürücüsü ağır yaralanıb.

Polis qəzanın səbəbini müəyyən etmək üçün müşahidə kameralarının görüntülərini yoxlayır.

Hüquq-mühafizə orqanları əməkdaşları sürücünü dindirmək niyyətindədirlər.

 

 

Gununsesi.org