

Taylandda su basmış mağaradan uşaqların xilas edilməsi üzrə əməliyyat başa çatıb, on ikinci uşaq və məşqçi mağaradan çıxarılıb.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bütün zərərçəkənlər Çianqray Şəhər Xəstəxanasına gətirilib. Burada onlar bir neçə gün reabilitasiyadan keçəcəklər.
*** 9:45
Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb.
Gununsesi.info-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Birləşmiş Qərargahının rəhbəri Naronqsak Osotthanakon bildirib.
Onun sözlərinə görə, əməliyyatın üçüncü fazasının məqsədi 5 uşağın və onları tapan andan mağarada uşaqlarla bir yerdə qalan 4 hərbçinin çıxarılmasıdır.
Xatırladaq ki, 11-16 yaşlı 12 uşaq və 25 yaşlı futbol məşqçisi dağ parkında yerləşən mağaraya gedib. Leysan yağdığına görə mağaranın girişini su basıb və onlar oradan çıxa bilməyiblər.