Taylandın cənubunda yağan musson yağışları 384 kənddə daşqınlara səbəb olub. 20 mindən çox ev su altında qalıb.
Taylandın Təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması departamentindən məlumat verilib ki, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb, 3 nəfər itkin düşüb.
100 mindən çox sakin fəlakətin acı nəticələri ilə üz-üzə qalıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yağıntılar tədricən azaldığından çayların səviyyəsi azalıb və kommunal xidmətlərin tezliklə daşqından zərərin təmizlənməsinə başlaya biləcəyi gözlənilir.
Gununsesi.info