Tayvan hökumətindən insani adım: Maaşlarını Türkiyədəki zəlzələ qrubanlarına dəstək üçün bağışlayacaqlar

  • By arzu
  • 09 Fevral 2023 15:17

Tayvanda hökumət rəsmiləri Türkiyəyə dəstək addımı atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin lideri Tsay İn-ven və digər yüksək vəzifəlilər zəlzələdən sonra zərərçəkənlərə dəstək olmaq üçün bir maaşlarını Türkiyəyə bağışlayacaqlarını açıqlayıblar.

HTML tutorial

Tsayla yanaşı, Prezident köməkçisi, Baş nazir və Baş nazirin köməkçisi də maaşlarını yardım üçün bağışlayacaqlarını açıqlayıblar.

Bu arada, Tayvan hökuməti 2 milyon dollarlıq nağd pul yardımı ilə günlər öncə Türkiyəyə dəstəyini açıqlamışdı. Tayvan xalqı da, hökumətin açdığı hesaba 340 min dollarlıq pul yardımı edib.

Tayvan lideri açıqlamasında “Türkiyənin 20 il öncə bizə etdiyi yaxşılığa qarşılıq veririk. Həmin zaman Türkiyə bizə yardım edən ilk ölkə oldu”, – deyə fikirlərini izah edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info