
Tayvanda Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra zərərçəkənlərə dəstək olmaq üçün maddi yardım kampaniyası başladılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, açılan bank hesablarına yatırılan maddi yardım 32 milyon dolları ötüb.
Tayvan xəbər agentliyi CNA-nın xəbərinə görə, yardım materiallarının toplanması üçün gerçəkləşdirilən kampaniyadan başqa bir çox Tayvan vətəndaşı zərərçəkənlər üçün nağd yardım edib.
Açılan bank hesablarına köçürülən maddi yardımın miqdarı 32,7 milyon dollardır.
Tayvan rəsmiləri 6 marta qədər davam edəcək kampaniyada toplanan pulların Türkiyəyə transfer ediləcəyini bildiriblər.
Xatırladaq ki, Tayvan rəsmi oalraq Türkiyəyə 2 milyon dollarlıq maddi yardım ayırmışdı.
Ölkə Prezidenti və digər yüksək vəzifəlilər isə öz maaşlarını xilasetmə-axtarış tədbirləri üçün bağılayacaqlarını bildirmişdilər.
Tərcümə: Arzu Sayadoğlu