Tayvanda ticarət mərkəzində partlayış

  • By Admin2
  • 13 Fevral 2025 11:28

Tayvanın Tayçunq şəhərində yerləşən “Shin Kong Mitsukoshi” ticarət mərkəzində güclü partlayış olub.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

İlkin məlumata görə, partlayış ticarət mərkəzinin 12-ci mərtəbəsində yerləşən restoranda qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.

Gununsesi.info